Ana Sayfa > Karusel / Gündəm > “ABŞ Rusiyanı beynəlxalq məsələlərdə öz sözünü demək hüququndan məhrum edə bilməyəcək” - Lavrov

“ABŞ Rusiyanı beynəlxalq məsələlərdə öz sözünü demək hüququndan məhrum edə bilməyəcək” - Lavrov


19-06-2022, 18:52. Yazar: Admin

“ABŞ Rusiyanı beynəlxalq məsələlərdə öz sözünü demək hüququndan məhrum edə bilməyəcək”

“ABŞ Ukraynaya silah verməklə Rusiyanı beynəlxalq məsələlərdə öz sözünü demək hüququndan məhrum edə və Vaşinqtonun uydurduğu qaydalara əməl etməyə məcbur edə bilməyəcək”

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibə zamanı deyib.

“Onlar çoxdan elan edirlər ki, Rusiya öz yerini bilməlidir, Rusiyanın beynəlxalq məsələlərdə öz sözünü deməyə haqqı yoxdur, Rusiya ABŞ-ın uydurduğu qaydalara əməl etməlidir. Düşünürəm ki, onlar çox yaxşı başa düşürlər ki, bu məsələdə uğur qazana bilməyəcəklər”, - Lavrov vurğulayıb.


Geri dön