Ana Sayfa > Karusel / Gündəm > Rusiya MN: Ukrayna Silahlı Qüvvələrinin 50 general və zabiti həlak olub

Rusiya MN: Ukrayna Silahlı Qüvvələrinin 50 general və zabiti həlak olub


19-06-2022, 17:14. Yazar: Admin

Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində “Kalibr” qanadlı raketləri ilə Ukrayna ordusunun komanda məntəqəsini vurub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 50-dən çox generalı və zabiti həlak olub.

“Son 24 saat ərzində “Kalibr” yüksək dəqiqlikli uzaqmənzilli dəniz raketləri Dnepropetrovsk vilayətinin Şirokaya Daça kəndi yaxınlığındakı Ukrayna qoşunlarının komanda məntəqəsini vurub”, - Konaşenkov deyib.

Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, zərbə endirilən vaxt qoşunların əməliyyat-strateji qrupunun komanda heyəti tərəfindən işgüzar görüş keçirilib.

 


Geri dön