Ana Sayfa > Karusel / Gündəm > Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib


19-06-2022, 14:42. Yazar: Admin

Dövlət İmtahan Mərkəzi haqqında ümumi məlumat - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilib.

DİM-dən verilən xəbərə görə, imtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 87 nəzarətçi-müəllim, 11 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.

 

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.


Geri dön