Ana Sayfa > Karusel / Gündəm > Moldovada Rusiyanın xəbər proqramları qadağan ediləcək

Moldovada Rusiyanın xəbər proqramları qadağan ediləcək


19-06-2022, 12:35. Yazar: Admin

Mayya Sandu, Moldova Prezidenti

Moldova Prezidenti Mayya Sandu ölkə ərazisində Rusiyanın xəbər proqramlarının qadağan edilməsi barədə qanunu imzalayıb.

Qarabaginfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Moldova Televiziya və Radio Şurasının sədri Liliana Vitsu bildirib.

 

Liliana Vitsu deyib ki, qanun gələn həftənin cümə günü dərc olunacaq və dərc olunduqdan sonra qüvvəyə minəcək.

Qanunda dezinformasiya dair də sərt tələblər müəyyənləşir. Əgər KİV-in dezinformasiya yaydığı təsdiqini taparsa, 7 il lisenziyadan məhrum ediləcək.


Geri dön