Ana Sayfa > Karusel / Gündəm > Bakıda avtomobil təmiri sexində yanğın başlayıb

Bakıda avtomobil təmiri sexində yanğın başlayıb


18-06-2022, 23:47. Yazar: Admin

Bakıda avtomobil təmiri sexində yanğın başlayıb

Bakıda avtomobil təmiri sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Geri dön