Ana Sayfa > Karusel / Gündəm > Kadırov KTMT ölkələrini buna görə QINADI

Kadırov KTMT ölkələrini buna görə QINADI


18-06-2022, 22:15. Yazar: Admin

Kadırov KTMT ölkələrini buna görə QINADI

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın ən yaxın müttəfiqlərinin daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Putin rejiminə kifayət qədər dəstək verməməkdə ittiham edib.

Qarabaginfo.az xəbər verir ki, Kadırov "Telegram"da KTMT-yə müraciət ünvanlayıb.

O, dünyanın bir çox ölkələrinin Ukraynanın mövqeyini tutmasına diqqət çəkərək, KTMT üzvlərinin “xüsusi əməliyyat”a niyə susduğunu soruşub.

Həmçinin Kadırov ölkələri “Amerika və Avropanın sanksiyalarından qorxduqlarına” görə qınayıb:

"Müttəfiq varsa, o qərar verməlidir... Belarusu kim xilas etdi? Rusiya. Qazaxıstanı kim xilas etdi? Rusiya. Rusiyaya dəstək azım olanda isə (dəstək - red.) hamı susur, sanksiyalardan qorxursan", - deyə Kadırov KTMT ölkələrini qınayıb. (unikal.org)


Geri dön