Ana Sayfa > Karusel / Cəmiyyət > Zaur Əliyev: "İnsanlar maskalardan istifadə etmir, bu da yoluxma sayını artırır"

Zaur Əliyev: "İnsanlar maskalardan istifadə etmir, bu da yoluxma sayını artırır"


6-05-2020, 17:19. Yazar: Admin

 

Zaur Əliyev: "İnsanlar maskalardan istifadə etmir, bu da yoluxma sayını artırır"

"Ümumilikdə, bu günə qədər 170 minə qədər koronavirus testi həyata keçirilib. Bu, digər ölkələrlə müqayisədə pis göstərici deyil".

Qarabaginfo.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, aprel ayının ortalarından yoluxma artmağa başlayıb: "Son günlər yoluxma sayında artım müşahidə olunur. Bu, karantinin yumşadilmasi ilə əlaqələndirilir. Əvvəl insanlar fərdi qoruyucu vasitələrə üstünlük verirdilər. İndi ictimai nəqliyyatda, çöldə görürük ki, insanlar maskalardan istifadə etmir. Bu da yoluxma sayını artırır". APA


Geri dön