Ana Sayfa > Karusel / Gündəm > Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Yaralılar var

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Yaralılar var


18-06-2022, 10:33. Yazar: Admin

 

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.


Geri dön