Ana Sayfa > Karusel / Dünya > Yunanıstan əczaçılıq şirkətindən böyük həcmdə kompensasiya tələb edir

Yunanıstan əczaçılıq şirkətindən böyük həcmdə kompensasiya tələb edir


18-06-2022, 05:57. Yazar: Admin

Yunanıstan əczaçılıq şirkətindən böyük həcmdə kompensasiya tələb edir

Yunanıstan hökuməti “Novatris” əczaçılıq şirkətindən 214 milyon avro maddi-mənəvi təzminat tələb edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, İsveçrə şirkəti 2006-2015-ci illərdə dərmanların yüksəık qiymətə satılması üçün həkimlərə və məmurlara külli miqdarda rüşvət verib. Məqsəd bazarda hakim mövqeyini qorumaq olub. Bu adddım Yunanıstan büdcəsinə və tibbi sığorta şirkətlərinə 3 milyard avro ziyan vurub.

Dəlil yetərsizliyinə görə hələlik heç kimə ittiham irəli sürülməyib.


Geri dön