Ana Sayfa > Karusel / Gündəm > “Kreditə pul verilir” deyərək 100 nəfəri aldadan 18 yaşlı kibercinayətkar tutuldu
“Kreditə pul verilir” deyərək 100 nəfəri aldadan 18 yaşlı kibercinayətkar tutuldu17-06-2022, 21:03. Yazar: Admin |
Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, DİN-in Kiber Talamalara Qarşı Əks Tədbirlər qurumu əməkdaşlarının paytaxtda keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirləri ilə 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq istintaqa təqdim olunub. R.Babayevin əməlləridən 100-dən artıq vətəndaşın zərər çəkdiyi məlum olub. Ödənişlər onlayn formada, bank köçürmə yolu ilə təşkil olunub. Bu şəxsin əməlindən zərərçəkən vətəndaşlardan DİN-nin 102 Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə məlumat vermələri xahiş olunur. Geri dön |