Ana Sayfa > Karusel / Gündəm > Rusiyanın “RosVoorujeniye" şirkətinin sabiq baş direktoru evində ölü tapılıb

Rusiyanın “RosVoorujeniye" şirkətinin sabiq baş direktoru evində ölü tapılıb


17-06-2022, 19:00. Yazar: Admin

Rusiyanın “RosVoorujeniye" şirkətinin sabiq baş direktoru evində ölü tapılıb

Rusiyanın “RosVoorujeniye" dövlət şirkətinin (hazırkı “Rosoboroneksport”) keçmiş baş direktoru Aleksey Oqaryev evində ölü tapılıb.

Qarabaginfo.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə nümayəndəsi açıqlama verib.

 

Onun sözlərinə görə, Oqaryev Moskva ətrafındakı evində ölü tapılıb.

64 yaşlı şəxsin üzərində zorakılıq əlamətləri tapılmayıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön