Ana Sayfa > Karusel / Gündəm > Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib

Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib


17-06-2022, 13:01. Yazar: Admin

 

Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib.
"Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Zaur Qasımov Füzuli Beynəlxalq Hava Limanının direktoru təyin olunub.
 Vətən müharibəsi başa çatandan sonra Füzulidə hava limanının tikintisinə başlanılıb. 2021-ci il yanvarın 14-də aeroportun təməli qoyulub.
2021-ci ilin oktyabr ayının 16-da Füzuli Beynəlxalq Hava Limanına beynəlxalq status verilib. Həmin il oktyabrın 26-da hava limanının rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Geri dön