Ana Sayfa > Karusel / Gündəm > Qriqoryan Patruşevə Ermənistan-Azərbaycan sərhədindən danışdı
Qriqoryan Patruşevə Ermənistan-Azərbaycan sərhədindən danışdı17-06-2022, 10:53. Yazar: Admin |
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün İrəvana gələn Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.
İkitərəfli əməkdaşlıq çərçivəsində həmsöhbətlər təhlükəsizliklə bağlı geniş spektrli məsələləri müzakirə ediblər. Nikolay Patruşev Ermənistanın Rusiyanın strateji əhəmiyyətli tərəfdaş dövlət olduğunu və Moskvanın regional təhlükəsizliyin təmin edilməsi proseslərində Ermənistanı dəstəklədiyini vurğulayıb. Armen Qriqoryan rusiyalı həmkarına regional təhlükəsizlik baxımından vəziyyəti, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işini, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesini təqdim edib. Geri dön |