Ana Sayfa > Karusel / Region > ISW: Rusiya Xerson yaxınlığında saxta bayraqla hücumlar keçirə bilər
ISW: Rusiya Xerson yaxınlığında saxta bayraqla hücumlar keçirə bilər17-06-2022, 08:03. Yazar: Admin |
Rusiya Ukraynanın əks-hücumlarına cavab olaraq Xerson yaxınlığında yalançı bayraq altında hücumlar təşkil edə bilər. Qarabaginfo.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Tədqiqi İnstitutu (ISW) açıqlama yayıb. "Ruslar, ehtimal ki, Ukraynanın əks-hücumlarına cavab olaraq, Xerson və Nikolayev vilayətlərində ehtiyat mövqelərini daha da gücləndirirlər. Xüsusilə, Davydov Broddan cənub-şərqdə, Bezvodnı və İşchenko bölgələrində müdafiə mövqelərini yaxşılaşdırdılar",- deyə məlumatda bildirilir. Rusiya qüvvələri ağır artilleriya qurğularını Ukraynanın zərbələrindən gizlətmək üçün Xerson vilayətində irriqasiya (beton suvarma qurğuları) sistemlərini sökür. Geri dön |