Ana Sayfa > Karusel / Dünya > İtaliya tarixində ilk dəfə evtanaziya həyata keçirilib

İtaliya tarixində ilk dəfə evtanaziya həyata keçirilib


17-06-2022, 07:51. Yazar: Admin

Medicina.az - 2 gündür yataqdan qalxa bilməyən xəstəni bir analizlə xilas etdi –AĞLAGƏLMƏZ SƏBƏB

İtaliyada tarixində ilk dəfə evtanaziya proseduru həyata keçirilib.

Qeyd edilir ki, ağır avtomobil qəzasından sonra 12 il yataq xəstəsi olan 44 yaşlı Federiko Karboni evtanaziyanın köməyi ilə həyatdan köçüb.

Karboni ölümcül dərmanı öz istəyi ilə xüsusi hazırlanmış aparat vasitəsilə qəbul edib. "Mən ən yaxşı həyatımı yaşamaq və əlilliyimdən maksimum yararlanmaq üçün əlimdən gələni etdim, lakin indi həm zehni, həm də fiziki olaraq qabiliyyətlərimin sərhədindəyəm", - Karboni ölümündən əvvəl deyib.

Qeyd olunur ki, İtaliyada evtanaziya qadağandır, lakin onun leqallaşdırılmasının tərəfdarı olan Luki Kosçioni Assosiasiyası iflic olan italyanlara hüquqi maneələri dəf etməyə kömək edib. Evtanaziya hüququna nail olmaq üçün o, iki məhkəmə prosesindən keçməli və səhiyyə orqanlarının qadağalarını dəf etməli idi.

Evtanaziya artıq Portuqaliya, Belçika, Lüksemburq və Niderlandda leqallaşdırılıb.(Report)


Geri dön