Ana Sayfa > Karusel / Region > Draqi Zelenskinin yeni silahlar istəmədiyini açıqlayıb

Draqi Zelenskinin yeni silahlar istəmədiyini açıqlayıb


17-06-2022, 07:31. Yazar: Admin

Draqi Zelenskinin yeni silahlar istəmədiyini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi ilə Kiyevdəki görüşündə yeni silah tədarükü ilə bağlı məsələ qaldırmayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “gazeta.ru” məlumat yayıb.

“Zelenskidən yeni silahlarla bağlı heç bir müraciət olmayıb. O, sadəcə olaraq kritikləşən vəziyyəti təsvir edib", - deyə Draqi bildirib.

O, həmçinin qeyd edib ki, yeni silahlardan istifadə etməyi öyrənmək üçün vaxt lazımdır.

O əlavə edib ki, atəşkəsə nail olmaq barədə məsələ müzakirə olunmayıb.

Onun sözlərinə görə, Kiyev artıq Vaşinqtondan ABŞ-ın göndərə biləcəyi qədər dəstək alır.


Geri dön