Ana Sayfa > Karusel / Region > Avropa Komissiyası Ukraynanın Aİ-yə namizədliyi ilə bağlı mövqeyini açıqlayacaq

Avropa Komissiyası Ukraynanın Aİ-yə namizədliyi ilə bağlı mövqeyini açıqlayacaq


17-06-2022, 07:24. Yazar: Admin

Avropa Komissiyası Ukraynanın Aİ-yə namizədliyi ilə bağlı mövqeyini açıqlayacaq

Avropa Komissiyası bu gün Ukrayna ilə bağlı qərarını açıqlayacaq.

Qarabaginfo.az xəbər verir ki, bugünki müzakirədə komissya Ukraynanın Avropa İttifaqına (Aİ) nazmiədliyi ilə bağlı son qərarını açıqlayacaq.

Bu o deməkdir ki, bugün səsləndiriləcək mövqe iyunun 23-24-də Brüsseldə keçiriləcək zirvə toplantısında qəti qərar qəbul etmək üçün Aİ liderlərinə tövsiyə şəklində təqdim olunacaq.

Bundan əvvəl Avropa komissarları Ukraynanın müraciəti ilə bağlı ümumi müzakirələr aparıblar.

İyunun 11-də Kiyevə səfər edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynanı Avropa yolunda dəstəkləmək arzusunu bəyan edib.

Bir sıra Avropa mediası hesab edir ki, Ukrayna müəyyən şərtlərlə müsbət fikir ala bilər.

Lakin ölkənin namizəd statusuna tam uyğun gəlmədiyi barədə ümumi fikir formalaşıb.


Geri dön