Ana Sayfa > Karusel / Siyasət > Karen Donfrid: “Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün tranzit əlaqələri vacibdir"

Karen Donfrid: “Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün tranzit əlaqələri vacibdir"


16-06-2022, 19:37. Yazar: Admin

Karen Donfrid: “Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün tranzit əlaqələri vacibdir"

“Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün müxtəlif elementlər var”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib.

 

O deyib ki, bu elementlər arasında kommunikasiya əlaqələri, tranzit əlaqələri vacibdir və hazırda bu elementlər danışıqların önəmli hissəsini təşkil edir: “Azərbaycanda keçirdiyim görüşlərdə də bu müzakirə olundu ki, ABŞ potensial olaraq necə kömək edə bilər. Düşünürəm ki, bu məsələlər sülh prosesində açar hissələrdir. Və mən ümid edirəm ki, hər iki ölkə bu məsələlərdə proqresə nail ola biləcək”. (apa.az)


Geri dön