Ana Sayfa > Karusel / Gündəm > ABŞ Dövlət katibinin köməkçisi: “Bu gün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır”
ABŞ Dövlət katibinin köməkçisi: “Bu gün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır”16-06-2022, 18:51. Yazar: Admin |
Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndiririk. Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib. O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə görə bu gün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır. “Xüsusilə Avropanın enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizinin rolunu vurğulamaq istərdim”, - Karen Donfrid vurğulayıb. O, Əfqanıstanda verdiyi dəstəyə görə Azərbaycana dərindən təşəkkür edib: “NATO qoşunlarını və ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması çətin və ağrılı oldu. Azərbaycan hərbçiləri sona qədər bizimlə, ABŞ ordusu ilə orada qaldı. Biz bunu təqdir edirik!” Geri dön |