Ana Sayfa > Karusel / Dünya > Hulusi Akar yunanıstanlı həmkarı ilə görüşüb

Hulusi Akar yunanıstanlı həmkarı ilə görüşüb


16-06-2022, 17:42. Yazar: Admin

Hulusi Akar: “Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”

 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Nikos Panagiotopoulos ilə görüşüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş NATO Müdafiə Nazirləri İclası çərçivəsində Brüsseldə baş tutub.

Görüş zamanı mövcud problemlərin həlli üçün kommunikasiya kanallarının açıq saxlanılması, mehriban qonşuluq münasibətlərinə, ikitərəfli və regional əməkdaşlığa diqqət yetirilməsi və mövcud problemlərin azaldılması üçün dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.


Geri dön