Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
Ölkədə son sutka ərzində 2 714, hazırkı dövrədək isə 6 932 255 test aparılıb.
İndiyədək ümumilikdə 792 925 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 130 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 80 nəfərdir.