Ana Sayfa > Karusel / Region > Volodimir Zelenski ilə Avropa İttifaqı liderlərinin görüşü başlayıb

Volodimir Zelenski ilə Avropa İttifaqı liderlərinin görüşü başlayıb


16-06-2022, 15:13. Yazar: Admin

Avropa İttifaqına alternativ yoxdur - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi arasında görüş başlayıb.

Qarabaginfo.az xəbər verir ki, məlumatı UNIAN yayıb.

Məlumata görə, Volodimir Zelenski onları İrpen şəhərinə səfərdən sonra salamalayıb. Bu, fevralın 24-dən, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra onların ilk canlı təmasıdır.

Qeyd edək ki, görüşə Ukraynada səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis də qatılıb.


Geri dön