Ana Sayfa > Karusel / Gündəm > Severodonetsk körpüsü dağıdıldı: Rus qoşunu çayda bata bilər

Severodonetsk körpüsü dağıdıldı: Rus qoşunu çayda bata bilər


16-06-2022, 12:33. Yazar: Admin

Severodonetsk körpüsü dağıdıldı: Rus qoşunu çayda bata bilər

 


Severodonetskə gedən bütün əsas körpülərin dağıdılması rus qoşunlarını şərq şəhərlərinə çatmağın yeni yollarını tapmağa məcbur edib.

Qarabaginfo.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi "Rusiya, ya Severodonetski Ukraynanın nəzarətində olan ərazilərlə birləşdirən Siverski Donets çayını mübahisəli şəkildə keçməyə cəhd etməli, ya da hazırda dayanmış cinahlarda irəliləməlidir" məzmunlu açıqlama yayıb.

Səhər Ukrayna kəşfiyyatının yaydığı yenilənmiş məlumatda Ukraynanın döyüş qoşunlarının böyük bir hissəsini geri çəkə bildiyini, lakin çayın şərqində qalan Ukrayna qüvvələri və mülki insanlar üçün vəziyyətin son dərəcə çətin olaraq qaldığını bildirib.

Bu həftənin əvvəlində qubernator Serhiy Haidai şəhərə daxil olan hər üç körpünün dağıdıldığını, təchizatların çatdırılmasının və mülki şəxslərin təxliyyə edilməsinin qeyri-mümkün olduğunu bildirib. 


Geri dön