Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir nəticəsində Dağlı kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 230 kiloqram olan 2018 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.