Ana Sayfa > Karusel / Region > Ermənistan müxalifəti Paşinyana UDUZUR
Ermənistan müxalifəti Paşinyana UDUZUR16-06-2022, 11:50. Yazar: Admin |
Aprelin 25-dən başlayaraq Ermənistanda hazırki hakimiyyətə qarşı etiraz aksiyaları başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla bağlı çıxışları müxalifəti daha da radikallaşdırıb.
Ermənistan parlamentində çıxış edən Paşinyan bildirib ki, beynəlxalq ictimaiyyət onlardan "Dağlıq Qarabağın statusu" ilə bağlı tələbin həddini aşağı salmağı istəyib.
Mayın 1-dən parlamentin müxalifətdə olan “Mənim şərəfim var” və “Daşnaksütyun” partiyalarının başçılığı ilə genişmiqyaslı mitinqlər başlayıb. Müxalifətin əsas toplantı yeri paytaxt İrəvandakı “Fransa meydanı”dır. Müxalifət partiyaları həmçinin, Ermənistan parlamentdə iştirakdan da imtina ediblər.
Son bir ay ərzində hakimiyyətə qarşı bəyanatlar səsləndirən, çıxışlar edən müxalifət hələ ki bir nəticəyə nail olmayıb.
Belə ki, etirazçılar meydanlardakı çadırları və barrikadaları sökür, itaətsizlik aksiyalarını isə dayandırır. Buna səbəb isə müxalifətin böhrana düşməsidir.
“Müqavimət hərəkatı öz gündəmini yeniləməlidir. O, heç vaxt ciddi prosesə çevrilməyib, çünki cəmiyyətin geniş kütlələrinin dəstəyini qazana bilmədi.
Müqavimət hərəkatı milli impuls idi, lakin bu cür hərəkatlar yalnız ictimaiyyətin geniş kütlələrinin iştirak etdiyi real ümummilli prosesə çevrilərsə, uğur qazana bilər. Təəssüf ki, bu baş vermədi. Nikol Paşinyanın Qarabağla bağlı bəyanatından sonra insanlara elə gəldi ki, bu, küçələrə çıxıb hakimiyyəti devirmək üçün kifayətdir. Amma bu baş vermədikdə, təbii olaraq böhran yarandı. Ola bilsin ki, müəyyən müddətdən sonra faktiki transformasiya baş verəcək, platformanın genişləndirilməsi baxımından strateji dəyişikliklər olacaq ki, burada təkcə Qarabağ problemləri deyil, həm də Ermənistanın gələcəyi, inkişaf perspektivləri gündəmdə olacaq”. Politoloq qeyd edir ki, müxalifətin çadırları yığışdırması böyük zərbədir, çünki hakimiyyət bunu hərəkatın zəifliyinin əlaməti kimi təqdim etməyə çalışacaq: “Amma digər tərəfdən, çadırlar yerində qalsa, məzmun və mübarizənin forması dəyişməzsə, bu, durğunluğa gətirib çıxaracaq, ona görə də gündəmi yeniləmək lazımdır. Bu gün Ermənistanda vəziyyət çox pisdir. Müxalifət parlamentə qayıtsa, onun fəaliyyəti kifayət qədər şübhəli olacaq, çünki iki aylıq küçə etirazlarından sonra parlamentdə olmasını izah etməlidir”.(Modern.az) Geri dön |