Ana Sayfa > Karusel / Cəmiyyət > Avtomobili ağaca çırpdı, atası öldü

Avtomobili ağaca çırpdı, atası öldü


16-06-2022, 10:07. Yazar: Admin

Avtomobili ağaca çırpdı, atası öldü

Qəbələdə avtomobil ağaca çırpılıb, ata ölüb, oğlu xəsarət alıb.

Hadisə bu gün səhər İsmayıllı-Qaraməryəm-Şəki yolunun, Nic qəsəbəsindən keçən hissəsində baş verib.

Oğuzun Kərimli kənd sakini, 1994-cü il təvəllüdlü Pərvin Əsgərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, sürücünün atası 1963-cü il təvəllüdlü Əsgərov Bəylər Əlövsət oğlu hadisə yerində ölüb. Sürücü Pərvin Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön