Ana Sayfa > Karusel / Dünya > Blinken: "İndiyədək ABŞ-ın 40-dan çox müttəfiq və tərəfdaşı Ukraynaya hərbi yardım göndərib"

Blinken: "İndiyədək ABŞ-ın 40-dan çox müttəfiq və tərəfdaşı Ukraynaya hərbi yardım göndərib"


16-06-2022, 06:05. Yazar: Admin

Entoni Blinken әhәmiyyәtli bәyanatlar verib

ABŞ-ın müttəfiqləri və tərəfdaşlarından 40-dan çox ölkə Rusiyanın hərbi təcavüzü ilə bağlı Ukraynaya hərbi yardım edib.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken danışıb.

“ABŞ-ın, eləcə də müttəfiqlərimiz və tərəfdaşlarımız arasında olan 40-dan çox dövlətin təhlükəsizlik sahəsində yardımı Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, döyüş meydanında Ukraynanın qələbələrini təmin etmək potensialını gücləndirməyə, həmçinin danışıqlar masası arxasında Ukraynanın mövqeyi qüvvətləndirməyə davam edir”, - E.Blinken bildirib.

Dövlət katibi qeyd edib ki, Rusiya müharibəyə başlayandan bəri ABŞ-ın Ukraynaya göndərdiyi vəsaitin ümumi həcmi 5,6 milyard dollardan çox olub.


Geri dön