Ana Sayfa > Karusel / Gündəm > Gürcüstanda xaricilər üçün vaksinasiya və PZR testi tələbi ləğv edilib
Gürcüstanda xaricilər üçün vaksinasiya və PZR testi tələbi ləğv edilib15-06-2022, 12:06. Yazar: Admin |
Gürcüstan hökuməti xarici ziyarətçilər üçün tam vaksinasiya haqqında sənəd və PZR testinin mənfi cavabının təqdim edilməsi öhdəliklərini ləğv edib. Müvafiq qərarı ötən gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili imzalayıb. Qərara əsasən, bu gündən etibarən vətəndaşlığından asılı olmayaraq xaricdən gələn hər bir şəxs COVİD-19 virusu əleyhinə tam vaksinasiya pasportunu və son 72 saat ərzində əldə edilmiş PZR testinin mənfi cavabını təqdim etmək öhdəliyindən azad edilib. Geri dön |