Ana Sayfa > Karusel / Cəmiyyət > DİN türk sürücünün öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI

DİN türk sürücünün öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI


15-06-2022, 11:19. Yazar: Admin

Daxili İşlər Nazirliyi (DİN) Göygöldəki qəza ilə bağlı açıqlama yayıb.

 

DİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, viyunun 14-də saat 14 radələrində Göygöl rayonunun Hacıməlik qəsəbəsində Türkiyə vətəndaşı Mecit Bakir idarə etdiyi “Renault” markalı qoşqulu yük avtomobilini qarşıda gedən Gəncə şəhər sakini R.Abbasovun idarə etdiyi “KamAZ” markalı qoşqulu yük avtomobilinə vurub.

 

Nəticədə M.Bakir hadisə yerində ölüb, digər sürücüyə isə xəstəxanada ilkin tibbi yardım göstərilib.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.   


Geri dön