Ana Sayfa > Karusel / Dünya > Pentaqon: ABŞ Ukraynaya daha çox raket sistemi göndərəcək

Pentaqon: ABŞ Ukraynaya daha çox raket sistemi göndərəcək


15-06-2022, 07:27. Yazar: Admin

Pentaqon: ABŞ Ukraynaya daha çox raket sistemi göndərəcək

ABŞ hökuməti Ukraynaya əlavə çoxlu raket qurğuları göndərəcək.

Qarabaginfo.az "The Washington Post"a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbərinin müavini Kolin Koul bildirib.

“Biz ukraynalıları Ukrayna ərazisində öz məqsədlərinə çatmaq üçün lazım olan hər şeyi təmin edəcəyik”, - Koul deyib.

Məlumata görə, Ukrayna rəsmiləri onlara azı 60 reaktiv yaylım atəşi sistemi lazım olduğu barədə müraciət edib.

Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib ki, sözügedən məsələ Brüsseldə 50-yə yaxın ölkənin iştirakı ilə Ukraynaya silah tədarükü üzrə təmas qrupunun üçüncü iclasında müzakirəyə çıxaracaq.


Geri dön