Ana Sayfa > Karusel / Region > Casusluq edən erməni hərbçilər HƏBS OLUNDU

Casusluq edən erməni hərbçilər HƏBS OLUNDU


14-06-2022, 21:13. Yazar: Admin

Ermənistan ordusunun bir müqaviləli hərbi qulluqçusu və keçmiş hərbçisi həbs edilib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

 

Həbs edilən şəxslər dövlətə xəyanətdə ittiham olunur.

 

Məlumata əsasən, hərbçilərin sosial şəbəkələrdən istifadə edərək xarici kəşfiyyat xidmətlərinin əməkdaşları ilə əlaqə saxladığı müəyyən edilib.

 

İddialara görə, həmin hərbçilər döyüş postunun yerləşdiyi yer, döyüş növbətçiliyinin sayı, onların silahları, döyüş tapşırığı, eləcə də digər məlumatları toplayıb və ödənişli olaraq xarici kəşfiyyatçıya təhvil verib.(Modern.az)


Geri dön