Ana Sayfa > Karusel / İdman > Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb

Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb


14-06-2022, 20:15. Yazar: Admin

Prezident İlham Əliyev

 

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2022-ci il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Geri dön