Rusiya aviasiyası Ukraynanın daha 350-dən çox hərbçisini, 13 tankı və digər zirehli texnikasını, 6 Qrad qurğusunu məhv edib.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi, general-leytenant İqor Konaşenkov bugünkü brifinqdə bildirib.
"Əməliyyat-taktiki və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 101 ərazini vurub. Hava zərbələri nəticəsində 350-dən çox millətçi, 3 komanda məntəqəsi, 13 tank və digər zirehli döyüş maşını, 6 “Qrad” qurğusu, 14 sahə artilleriya silahı və 22 xüsusi maşın vurularaq sıradan çıxarılıb”.
İqor Konaşenkov bildirib ki, hərbi xüsusi əməliyyat başlayandan bəri 200-dən çox Ukrayna təyyarəsi məhv edilib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib:
202 təyyarə, 131 helikopter, 1205 pilotsuz uçuş aparatı, 338 zenit-raket kompleksi, 3548 tank və digər zirehli döyüş texnikası, 521 reaktiv raket sistemləri, 1947 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 3605 ədəd xüsusi təyinatlı hərbi maşın”.(Yenisabah.az )