Ana Sayfa > Karusel / Cəmiyyət > Həftə sonu respublika yollarında karantin rejimini pozan 1049 nəfər cərimələnib
Həftə sonu respublika yollarında karantin rejimini pozan 1049 nəfər cərimələnib4-05-2020, 10:16. Yazar: Admin |
Ötən gün respublika ərazisində xüsusi karantin rejimini pozan şəxslərin sayı açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 03.05.2020-ci il saat 00:00-dan 04.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. APA Geri dön |