"Hazırda neftin qiyməti yüksək olduğu üçün ilin büdcəsinə yenidən baxılacaq. Elə sahələr var ki, ora əlavə vəsaitin xərclənməsinə ehtiyac var".
Bunu Qarabaginfo.az-a açıqlamasında deputat Vahid Əhmədov deyib. O xatırladıb ki, Qarabağda gedən bərpa işlərinə 2,2 milyard vəsait ayrılıb:
Deputat bildirib ki, hazırda qiymət artımları var: "Daha çox xaricdən idxal olunan məhsulların qiyməti yüksəkdir. Bu baxımdan, ola bilər pensiya və əmək haqqılarına yenidən baxılsın. Bu da ciddi məsələdir".
"Bu işlərin daha sürətlə görülməsi üçün əlavə vəsait lazımdır. Belə ki, yaxın bir neçə ildə əsas məsələlər həll olunsun. Ona görə bu sahəyə əlavə vəsaitin ayrılması gözlənilir. Həmçinin, Bakı-Quba yolu yenidən qurulur. Ora üçün vəsait nəzərdə tutulmamışdı. Bu iş üçün də vəsait ayrılacaq".