Ana Sayfa > Karusel / Siyasət > Paşinyan: “Azərbaycanla delimitasiya üzrə Komissiyanın Qarabağla əlaqəsi yoxdur”

Paşinyan: “Azərbaycanla delimitasiya üzrə Komissiyanın Qarabağla əlaqəsi yoxdur”


14-06-2022, 10:37. Yazar: Admin

Paşinyan: “Azərbaycanla delimitasiya üzrə Komissiyanın Qarabağla əlaqəsi yoxdur”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağa əlaqəsinin olmadığını bildirib.

 

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

 

O, Bakı və İrəvan arasında fərqli danışıqlar formatının olduğunu və bu formatlardan birinin delimitasiya məsələsinə aid olduğunu vurğulayıb.

 

Paşinyanın sözlərinə görə, Azərbaycan-Ermənistan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır.

 

“Nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan 3-cü istiqamət də var”, - Paşinyan diqqətə çatdırıb.

 

Jurnalistin “Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir” sualına Ermənistan hökumətinin rəhbəri “Rusiya Federasiyası Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var”, deyə cavab verib.

 

O, bu xüsusda Rusiyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının icrasında qarant kimi rolunun göründüyünü əlavə edib.


Geri dön