Ana Sayfa > Karusel / Siyasət > Bayden yenə prezidentliyə namizəd olacaq

Bayden yenə prezidentliyə namizəd olacaq


14-06-2022, 10:20. Yazar: Admin
Bayden yenə prezidentliyə namizəd olacaq

 


Ağ Ev ABŞ lideri Cozef Baydenin 2024-cü ilin prezident seçkilərində ikinci dəfə namizəd olub-olmayacağı barədə xəbərlərə aydınlıq gətirib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib.

"Bayden seçki yarışına girəcək. O, əvvəllər özü də bu barədə bildirib", - Ağ Ev rəsmisi deyib.

“Aydın olmaq üçün; Prezidentin dəfələrlə dediyi kimi, 2024-cü ildə namizədliyini irəli sürməyi planlaşdırır”, - Karin Jan-Pyer daha sonra tviter hesabında yazıb.

Qeyd edək ki, ABŞ-ın sabiq lideri Donald Tramp da 2024-cü ilin prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. 


Geri dön