Ana Sayfa > Karusel / Region > Qırğızıstan və Tacikistan sərhədində atışma olub

Qırğızıstan və Tacikistan sərhədində atışma olub


14-06-2022, 07:39. Yazar: Admin

Qırğızıstan və Tacikistan sərhədində atışma olub

Çərşənbə axşamı Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2022-ci il iyunun 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində Qırğızıstan Respublikası ilə Tacikistan Respublikasının sərhədçiləri arasında atışma baş verib. Ölən və yaralananlar barədə hələ ki, məlumat daxil olmayıb” – deyə bildirilir.


Geri dön