Ana Sayfa > Karusel / Region > Ermənistan əhalisinin sayı azalır

Ermənistan əhalisinin sayı azalır


14-06-2022, 07:27. Yazar: Admin

Ermənilərdən sensasion İDDİA: “Ermənistanda çoxlu sayda azərbaycanlı yaşayır” | KONKRET

Ermənistan əhalisinin sayı azalır.

Statistika Komitəsinin açıqladığı məlumatlara görə, 2022-ci ilin yanvar-aprel aylarında Ermənistanda 10 869 uşaq doğulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 % və ya 390 uşaq azdır. Qeyd edilir ki, ölkə əhalisinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2 % azalıb.

Məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında ölkədə 5 229 nikah qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % və ya 308 azdır. İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə nikahların sayı indikindən çox olub: “Təbii ki, bütün bunları cəmiyyətimizdəki sosial-iqtisadi problemlər, neqativ gözləntilər, eləcə də təhlükəsizlik məsələləri ilə izah etmək olar”, - mətbuat vurğulayıb.

Evliliklərin sayının azalması fonunda boşanmalar da artıb. O cümlədən, 2022-ci ilin yanvar-aprel aylarında Ermənistanda 1 492 boşanma qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 % və ya 195 fakt çoxdur.

Nikahların azalmasının, boşanmaların artmasının sosial-iqtisadi, dəyərli, məişət səbəblərini araşdırmadan qeyd etmək lazımdır ki, bu, eyni zamanda demoqrafik problemlərin kəskinləşməsinə səbəb olub.


Geri dön