Ana Sayfa > Karusel / Gündəm > Ukraynadakı beynəlxalq legiona 55 ölkədən könüllülər qoşulub
Ukraynadakı beynəlxalq legiona 55 ölkədən könüllülər qoşulub13-06-2022, 23:42. Yazar: Admin |
Ukraynada Rusiyanın hücumu ilə əlaqədar yaradılmış beynəlxalq legiona dünyanın 55 ölkəsindən könüllülər qoşulub. Qarabaginfo.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu rəqəmi Ukraynanın beynəlxalq müdafiə legionunun nümayəndəsi Damyen Maqru brifinqdə səsləndirib. Onun sözlərinə görə, legionda bütün qitələrdən, hətta Braziliya, Cənubi Koreya, Avstraliya kimi uzaq ölkələrdən könüllülər var. Maqru, həmçinin bildirib ki, legionda amerikalılar və britaniyalılar çoxluq təşkil edir. Onlardan sonra polyaklar, kanadalılar və müxtəlif ölkələrin nümayəndələri gəlir. Beynəlxalq legionun nümayəndəsi informasiyanın məxfiliyini əsas gətirərək, legionerlərin ümumi sayını açıqlamaqdan imtina edib. O, maliyyələşmə məsələsinə dair suala cavab verərkən qeyd edib ki, beynəlxalq legion Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxildir və müdafiə büdcəsindən maliyyələşir. Geri dön |