Ana Sayfa > Karusel / Gündəm > Polşa Ali Məhkəməsinin İntizam palatası ləğv edilib

Polşa Ali Məhkəməsinin İntizam palatası ləğv edilib


13-06-2022, 23:24. Yazar: Admin

Polşa Ali Məhkəməsinin İntizam palatası ləğv edilib

Polşa Prezidenti Andjey Duda Ali Məhkəmənin İntizam palatasının ləğvinə dairv sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, sərəncam rəsmi mətbuatda dərc edildikdən sonra qüvvəyə minəcək.

Palatada işləmiş hakimlər ya təqaüdə göndəriləcək, ya da başqa işə keçiriləcək. ləğv edilən orqanın yerində Peşəkar Məsuliyyət Palatası yaradılacaq. Bu palata prezidentin 5 illiyə seçəcəyi 11 hakimdən ibarət olacaq.

Qeyd edək ki, 2017-ci ildə təsis edilmiş İntizam palatası Avropa Məhkəməsinin ciddi narazılığına səbəb olmuşdu. Qurum palatanın hakimlərin müstəqilliyinə mane olduğunu iddia edirdi.

2021-ci ildə Palataya görə rəsmi Varşavaya cərimə tətbiq edilmişdi. AİHM-in qərarı ilə, Polşa palata ləğv edilənədək hər gün 1 milyon avro cərimə ödəməyə məcbur edilmişdi.


Geri dön