Ana Sayfa > Karusel / Cəmiyyət > Pandemiya dövründə metroya daxil olanda tibbi maska taxmaq tələb olunacaq
Pandemiya dövründə metroya daxil olanda tibbi maska taxmaq tələb olunacaq2-05-2020, 16:28. Yazar: Admin |
Pandemiya dövründə metroya daxil olanda tibbi maska taxmaq tələb olunacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərində məlumat verilib. Qeyd edilib ki, bilet kassalarının, ödəməterminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə - metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalıdır. Eyni zamanda məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır. Geri dön |