Ana Sayfa > Karusel / Gündəm > AZAL biletləri neçəyə satır – “Əl yandıran” QİYMƏTLƏR

AZAL biletləri neçəyə satır – “Əl yandıran” QİYMƏTLƏR


13-06-2022, 17:26. Yazar: Admin

Son vaxtlar Azərbaycan Hava Yollarının (AZAL) uçuşlarla bağlı vətəndaşlara təqdim etdiyi qiymətlər ciddi narazılıq doğurur. Sərnişinlərin əksəriyyəti aviabiletlərin digər ölkələrlə müqayisədə baha olmasından şikayətlənir və qiymətlərə yenidən baxılmasını tələb edirlər. 

 

Xüsusilə, quru sərhədlərinin bağlı olmasını nəzərə alsaq, AZAL-ın bilet qiymətləri vətəndaşlar üçün əməlli-başlı problemə çevrilib. 

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq, AZAL-ın "əl yandıran" qiymətlərini araşdırıb. 

 

İyun ayının 15-i və ondan sonra ən yaxın tarixə olan aviareyslər üzrə ekonom klass yerlərin qiymətlərini təqdim edirik:

 

Bakı – Ankara – 298,27 AZN

Bakı – İstanbul – 429,55 AZN

Bakı – Aktau – 190,32 AZN

Bakı – Moskva – 692,24 AZN

Bakı – Tbilisi – 225,97 AZN

Bakı – London – 483,78 AZN

Bakı – Berlin – 459,08 AZN

Bakı – Milan – 482,58 AZN

Bakı – Praqa – 515,23 AZN

Bakı – Minsk – 710,31 AZN

Bakı – Dubay – 344,11 AZN

Bakı – Daşkənd – 341,71 AZN

 

Qeyd edək ki, qiymətlər bir istiqamət üzrə nəzərdə tutulub.

 

Göründüyü kimi, aviabiletlərin qiyməti kifayət qədər yüksəkdir və heç də hamının büdcəsinə uyğun deyil. Xarici ölkələrə səfərə hazırlaşan vətəndaşlar qiymətlərin azaldılmasını təklif etsələr də, hələ müsbət nəticə əldə olunmayıb.


Geri dön