Ana Sayfa > Karusel / Gündəm > Şəhid ailələrinə hansı şəhərlərdə mənzil verilir?

Şəhid ailələrinə hansı şəhərlərdə mənzil verilir?


13-06-2022, 12:04. Yazar: Admin

"İndiyə qədər şəhid ailələri və qazilərin təmin edildiyi mənzillər Bakının rayonlarında, Sumqayıtda, Abşeronda, Gəncə və Samux şəhərlərində yerləşir". 

 

Bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Modern.az-ın əməkdaşının sualını cavablandırarkən bildirib.

 

Qurum rəhbəri qeyd edib ki, 2022-ci ilin sonuna qədər daha 500 şəhid ailəsi və qaziyə mənzil veriləcək. Həmin mənzillər bütün bölgələri əhatə edir: 

 

"Digər bölgələrdə də fərdi evlərin tikintisi davam edir. Həmçinin, yaxın zaman tender elan ediləcək, hazır binalardan mənzillər alınıb, şəhid ailələrinə veriləcək".


Geri dön