Ana Sayfa > Karusel / Region > Rusiyadan Hindistana aparılan yüklərin Xəzər dənizindən daşınmasına başlanıb
Rusiyadan Hindistana aparılan yüklərin Xəzər dənizindən daşınmasına başlanıb13-06-2022, 08:36. Yazar: Admin |
Rusiyadan Hindistana ilk yükün İrandan tranzitinə başlanılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Həştərxanda yerləşən İran-Rusiya müştərək limanının rəhbəri Daryuş Camali deyib. O bildirib ki, sözügedən yük çəkisi 41 ton olan iki ədəd 40 futluq taxta laminat konteyneridir. “Yük sınaq məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərindən yola salınıb və Həştərxan limanına daşındıqdan sonra Xəzər dənizi vasitəsilə İranın Ənzəli Limanına daşınacaq”,- deyə o bildirib. Onun sözlərinə görə, sözügedən konteynerlər Ənzəli Azad İqtisadi Zonasında yük maşınları ilə Bəndər Abbas limanına, oradan isə konteyner gəmiləri ilə Hindistanın Nəvaşiva limanına daşınacaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daşınacaq bu yükün 25 gün ərzində Rusiyadan Hindistana çatdırılması nəzərdə tutulub. Geri dön |