Ana Sayfa > Karusel / Region > Baş komandan: "Ukrayna hərbçiləri müəyyən istiqamətlərdə əks-hücum əməliyyatına başlayıblar”

Baş komandan: "Ukrayna hərbçiləri müəyyən istiqamətlərdə əks-hücum əməliyyatına başlayıblar”


13-06-2022, 06:18. Yazar: Admin

90 MİNLİK UKRAYNA ORDUSU VƏ "BAYRAKDAR"LAR DÖYÜŞ BÖLGƏSİNDƏ - » Globall.az ictimai-siyasi onlayn qəzet

“Ukrayna hərbçiləri müəyyən istiqamətlərdə əks-hücum əməliyyatına başlayıblar”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı amerikalı həmkarı Mark Milli ilə telefon danışığında bildirib.

Onun sözlərinə görə, şiddətli döyüşlərin getdiyi Severodonetskdə Rusiya hərbçilərinin hücumu dəf edilib, Ukrayna Silahlı Qüvvələri öz mövqelərini saxlamaqda davam edir:

“Düşmən əsas səylərini Luqansk vilayətinin şimalında cəmləyib. O, kütləvi şəkildə artilleriyadan istifadə edir və təəssüf ki, onqat atəş üstünlüyünə malikdir. Amma hər şeyə rəğmən biz mövqelərimizi tutmağa davam edirik. Orada Ukrayna torpağının hər metri qanla sulanır, təkcə bizim deyil, işğalçının da”.

Baş komandan əlavə edib ki, xüsusilə Severodonetsk şəhərində vəziyyət ağırdır. Onun sözlərinə görə, Rusiya həmin əraziyə 7 tabor taktiki qrupu yerləşdirib, lakin güclü atəşə baxmayaraq, Ukrayna hərbçiləri işğalçıların qarşısını ala bilib.

O qeyd edib ki, Luqansk istiqamətində uğursuzluğa düçar olan Rusiya qoşunları Xarkov şəhərinin yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Eyni zamanda işğalçılar Ukrayna müdafiə qüvvələrinin Çerniqov və Sumı vilayətlərindəki bölmələrini artilleriya və minaatanlardan atəşə tutmağa davam edir.

V.Zalujnının sözlərinə görə, hazırda cəbhə xəttinin uzunluğu 2 450 km-ə çatır, onlardan 1 105-də aktiv döyüş əməliyyatları gedir.


Geri dön