Ana Sayfa > Karusel / Gündəm > Şamaxıda turistləri aparan avtobus qəzaya düşüb, çoxlu sayda yaralı var

Şamaxıda turistləri aparan avtobus qəzaya düşüb, çoxlu sayda yaralı var


13-06-2022, 00:15. Yazar: Admin

Medicina.az - Bakıda “təcili yardım” BÖHRANI – 103 cavab vermir, xəstələr ölümə məhkumdur

Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə ötən gün saat 23:00 radələrində baş verib.

Üzərinə Bakı-Tovuz-Qazax-Qırmızı Körpü yazılmış 90-NL-949 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə zamanı Qəbələdən Bakıya gedən və içərisində 55 sərnişinin olduğu avtobusda 6 nəfər xəsarət alıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həmçinin, təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerində 10-dan çox sərnişinə ilkin tibbi yardım göstərib.

Fakatla bağlı araşdırma aparılır.


Geri dön