Ana Sayfa > Karusel / Gündəm > Latviya hakimiyyəti Qazmanova Yurmaladakı mənzildən istifadəni qadağan edib
Latviya hakimiyyəti Qazmanova Yurmaladakı mənzildən istifadəni qadağan edib12-06-2022, 19:24. Yazar: Admin |
Latviya hakimiyyəti rus estrada müğənnisi Oleq Qazmanova Yurmaladakı mənzildən istifadəni qadağan edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə sənətçinin özü NTV-də yayımlanan "Milyonun sirri" verilişində söyləyib. O deyib ki, 2014-cü ildən qara siyahıdadır.
Qazmanovun sözlərinə görə, Latviya hökuməti onunla bağlı daşınmaz əmlak sata bilməyəcəyi barədə qərar verib. Eyni zamanda müğənniyə Avropa İttifaqında hər hansı kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. “Əslində məni əmlakımdan məhrum etdilər” deyə Qazmanov bildirib. Geri dön |