Ana Sayfa > Karusel / Gündəm > “Formula-2”: Dennis Xauqer birinci olub

“Formula-2”: Dennis Xauqer birinci olub


12-06-2022, 12:26. Yazar: Admin

“Formula-2”: Dennis Xauqer birinci olub

Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yürüşlər yekunlaşıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu gün keçirilən yarış Dennis Xauqerin qələbəsi ilə başa çatıb.

11 komandanın pilotları 29 dövrə vuraraq, qalibi müəyyənləşdiriblər. “Prema”nın üzvü rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb.

Loqan Sarcent (“Karlin”) ikinci, Felipe Druqoviç (“MP Motorsport”) üçüncü yeri tutub.

Ümumilikdə 22 pilotdan 16-sı finişə çatmağı bacarıb.


Geri dön