Ana Sayfa > Karusel / Gündəm > FHN əməkdaşları zərərçəkmişə kömək olub

FHN əməkdaşları zərərçəkmişə kömək olub


12-06-2022, 11:56. Yazar: Admin

FHN əməkdaşları zərərçəkmişə kömək olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 2012-ci il təvəllüdlü vətəndaşın barmağında dəmir halqa qalaraq barmağın şişməsinə və xəsarət almasına səbəb olub.

Xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə halqanı zərərçəkmişin barmağından təhlükəsiz şəraitdə kəsib çıxarıblar.


Geri dön